Yeni mövsümə və dərs ilinə hazırlaşmaq "NeoKart”ın yeni kampaniyası sayəsində daha sərfəli olacaq. Belə ki, "Yeni mövsümə hazır ol" kampaniyası çərçivəsində "Bank Respublika”nın bütün NeoKart sahibləri 3 kateqoriya üzrə - Geyim, Məişət texnikası və Dəftərxana ləvazimatları üzrə daha çox, 10% NeoBonus əldə edəcəklər.
Kampaniya sentyabr ayı boyunca davam edəcək və hər kəsə yeni iş və dərs mövsümünə hazırlaşmaq üçün sərfəli imkanlar yaradacaq. Kampaniyada iştirak etmək üçün avqustun 29-dan sentyabrın 30-dək müvafiq kateqoriyadan olan istənilən mağazada NeoKart ilə POS terminal üzərindən ödəniş etmək kifayətdir. Bununla yanaşı, NeoKart kart sahibləri əvvəlki kimi hər yerdə 2%, Neo Qalaktika tərəfdaş şəbəkəsində isə 55%-ə qədər zəmanətli keşbek qazanacaqlar.
NeoKart Standart və NeoKart Premium kartlarının bankın rəsmi internet səhifəsində pulsuz çatdırma ilə
sifariş etmək mümkündür. Həmçinin, Neokart sahibi olduqdan sonra Siz 4000-ə qədər"Xoş gəldin” Bonusu, hər ay kart qalığına illik 5%-ə qədər gəlir və NeoKart Premium kartı üzrə bütün əlavə güzəştlər paketi əldə edəcəksiniz.