Xəbər lenti

Nərd oynadığı qonşusu ilə sözü çəp gəldi, elektrik mişarı ilə başını yardı
Ölkə 12:29 03.06.2024

Nərd oynadığı qonşusu ilə sözü çəp gəldi, elektrik mişarı ilə başını yardı

Abşeron rayonu, Masazır qəsəbəsində elektrik rəndə-mişarı ilə qonşusunun başını yaran şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1971-ci il təvəllüdlü Qəbələ rayon sakini Şirin Kəlbiyev (soyad şərti) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Hadisə zamanı xəsarət alan şəxs isə İlqar Cəfərovdur (soyad şərti). 

Belə ki, Şirin qonşuluqda yaşayan İlqarı evinə çağıraraq nərd oynayıblar. Qonşular nərd oynaya-oynaya içki qəbul ediblər. Şirin oyunu səhv oynadığından İlqar ona iradını bildirib. Bu zəmində onlar aralarında mübahisə yaranıb.

Bu zaman İlqar oynamaq istəmədiyini deyərək ayağa qalxıb evinə getmək istəyib. Şirin bundan əsəbləşərək yerdən elektrik mişarını götürüb və kəsici hissəsi ilə onun baş nahiyyəsindən bir dəfə zərbə vurub. 

Zərbənin təsirindən İlqarın başından qan axaraq yerə yıxılıb. Şirin isə kömək etmək əvəzinə evdən çıxıb gedib. İlqar dəfələrlə ona kömək etməsini xahiş etsə də, Şirin onu orda tək qoyub. 

Zərərçəkmiş bundan sonra əvvəlcə DİN-nin "102” xidmətinə, sonra isə təcli tibbi yardıma müraciət edib. Təcli tibbi yardım avtomobili ilə Abşeron rayon Mərkəzi Xəstəxanasına aparılan İlqarın başına 4 yerdən cərrahi tikişlər qoyulub. 

Məhkəmənin qərarı ilə Şirin 6  ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->