Xəbər lenti

Nərgiz Paşayeva beynəlxalq mükafata layiq görüldü
Ölkə11:22 09.06.2018

Nərgiz Paşayeva beynəlxalq mükafata layiq görüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Birlik ulduzları” dövlətarası mükafatlandırma şurası incəsənət, elm və təhsil sahələri üzrə 2017-ci il laureatlarının adları açıqlanıb.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.
Nərgiz Paşayeva elm sahəsi üzrə "Birlik ulduzları" mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma mərasimi 19-20 iyunda Astanada baş tutacaq.
Qeyd edək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.