Xəbər lenti

Nəşriyyat “Azadlıq” qəzetinə 5 gün vaxt verdi
Ölkə07:37 08.11.2013

Nəşriyyat “Azadlıq” qəzetinə 5 gün vaxt verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov “Azadlıq” qəzetinin baş reaktoru Qənimət Zahidə xəbərdarlıq məktubu göndərib. Məktubda deyilir: “Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən, 7 noyabr 2013-cü ilədək çap xərclərinə görə 21 410 manat, kommunal xərclərinə görə 2 688 manat, cəmi 24 098 manat debitor borcu yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bu borcun ödənilməsi üçün kifayət qədər tədbir görülməyib, bunun nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb.

12 noyabr 2013-cü ilədək debitor borcların hissə-hissə ödənilməsini xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq”.

“Azadlıq” qəzetinin məlumatına görə, baş redaktorun birinci müavini Rahim Hacıyev məsələni belə şərh edib: “Nəşriyyata borcun yaranması “Qasid” mətbuat yayımı firmasının satdığı qəzetlərin pulunu ödəməməsidir. Bundan başqa məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik. Hazırda “Azadlıq”dan 65 min manat tələb edilir. Biz isə bu məbləği vermək iqtidarında deyilik”.


Qaynar.info