
"Məlumat verilmirsə, deməli, Araik Arutyunyanın ölümü ilə bağlı məlumat həqiqətə uyğundur".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Ramil Məmmədli hesab edir ki, Ermənistan tərəfi onun ölümünü qəsdən gizlədir:
"Əgər Araik Arutyunyan sağdırsa, gün ərzində efirə çıxıb xalqa müraciət edərək açıqlama yaymalı idi. İki gün ərzində onunla bağlı hər hansı məlumat yoxdursa, daha çox öldüyü ehtimalı doğrulur".

Ramil Məmmədli bildirib ki, özünü qondarma "Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyanın izlənilməsi və məhv edilməsi ilə bağlı Azərbaycan ordusunun müvafiq bölmələri lazımı tədbirlər həyata keçirirdilər:
"Bu çərçivədə son məlumatlar belədir. Xocavənd istiqamətində onun rəhbər heyətinə məxsus hərbi maşın kortejinin hərəkətdə olduğuna dair kəşfiyyat məlumatları aşkar edirlər. Bundan sonra həmin hərbi maşın korteji məhv edilir. İlkin məlumata görə, Araik Arutyunyan da kortejdə olub".
Qeyd edək ki, xarici mətbuatda özünü qondarma "Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyanın Azərbaycan Ordusunun aviassiyası tərəfindən vurulması haqda məlumat yayılıb.
Bahar Rüstəmli