Xəbər lenti

Neymar bu yay "Barselona"ya qayıda bilər
İdman06:01 06.08.2023

Neymar bu yay "Barselona"ya qayıda bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətər Şeyxi Mabhut Əl-Marri sosial şəbəkələrdə Fransanın PSJ futbol klubunun hücumçusu Neymarın bu yay "Barselona"ya qayıdacağını yazıb.
Qaynarinfo xəbər verir ki, "Mundo Deportivo" nəşri iddia edir ki, Əl-Marri PSJ və "Barselona" dairəsinə yaxındır və həmçinin Kataloniya komandasının prezidenti Joan Laporta ilə dostdur.
Avqustun 5-də Neymar sosial şəbəkələrdən PSJ-nin futbolçusu olması ilə bağlı məlumatı silib.
31 yaşlı Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin martda ayaq biləyindən aldığı zədə səbəbindən oynaya bilməyib.