İdman 14:32 14.08.2023

Neymar PSJ-dən "Əl Hilal"a keçir - Müqavilə imzalanıb

Neymar PSJ-dən "Əl Hilal"a keçib.

Qaynarinfo xəbər verir ki, "The Athletic"in məlumatına görə, braziliyalı hazırda yeni klubda tibbi müayinədən keçir.

"L'Équipe” qeyd edir ki, 31 yaşlı hücumçu artıq Səudiyyə Ərəbistanı ilə daha bir mövsüm uzatma variantı ilə iki illik müqavilə imzalayıb.

Daha əvvəl bildirilirdi ki, bonus ödənişləri nəzərə alınmaqla, Neymarın transferinin məbləği 120 milyon avroya çata bilər. Futbolçunun özü "Əl-Hilal"da 2 il ərzində 160 milyon avro qazanacaq.

Nizami Bağırov