Xəbər lenti

Neymar və Martanın “köynək savaşı” - FOTOLAR
İdman15:36 12.08.2016

Neymar və Martanın “köynək savaşı” - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rio-2016 Yay Olimpiya Oyunlarının futbol üzrə son qrup oyununda Braziliyanın Danimarkanı 4:0 məğlub etməsi, azarkeşlərin əsəbini soyutmağa kifayət etmədi. İlk iki oyunda qeydə alınan qolsuz heç-heçələr yerli azarkeşləri özlərindən çıxarıb. 
Azarkeşlər Cənubi Afrika və İraqla oyunlarda bir qol da vura bilməyən komanda və onun kapitanı Neymarı sərt tənqid atəşinə tutublar. İraqla ikinci oyunda qeydə alınan heç-heçədən sonra fanatlar meydandakı yerli oyunçuları fitə basmaqla kifayətlənməyib, onları “Marta-Marta” qışqırmaqla ələ salmışdılar. Bütöv adı Marta Vyera da Silva olan bu futbolçu Braziliya qadın futbol komandasının kapitanı və ulduzudur. 
Kişilərdən ibarət komanda çox zəif çıxış etdiyinə görə, Braziliyalı futbol azarkeşləri ümidlərini qadınlardan ibarət milli komandaya və Martaya bağlayıblar. Marta da Neymar kimi “10” nömrəli köynək geyinir. Lakin üzərində Neymarın adı yazılan formalara Braziliyanın hər yerində rast gəlmək mümkün olsa da, ölkədə “Marta” yazılmış köynək tapmaq demək olar ki, mümkün deyil. 
Ona görə də, azarkeşlər fərqli üsula əl atıblar. Üzərində Neymarın adı yazılan köynəklərdə onun adının üstünə xətt çəkərək Marta yazan fanatlar, həmin köynəklərlə şəkil çəkdirib "Instagram"da paylaşıblar. Bir çox istifadəçi Martanın bu köynəyə Neymardan daha çox layiq olduğunu yazıb. 
Sosial mediada paylaşılan aşağıdakı şəkilə münasibət bildirən bir çox braziliyalı isə fikirləşir ki, qadınlardan ibarət komandanın kapitanı Neymara hətta futbolla bağlı 1-2 dərs də keçə bilər.
Elçin Mahmud
Qaynarinfo.Az