Xəbər lenti

Neymardan sonra bu idmançılar da məşhur filmdə rol aldı
İdman15:01 09.11.2021

Neymardan sonra bu idmançılar da məşhur filmdə rol aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən çox izlənilən filmlərindən biri, "Netflix"in istehsalı olan "La Casa De Papel"in final mövsümündə idman dünyasının tanınmış simaları da yer aldı.
Qaynarinfo xəbər verir ki, dekabrın 3-də yayımlanacaq filmin 5 bölümündən ibarət olan son qismində "Ferrari"nin ispan pilotu Karlos Sainz də yer alıb. O, sosial mediadakı şəxsi səhifəsində filmdən bir fotosunu paylaşıb. O paylaşımında bu sözləri də yazıb: "Onlar məndən qırmızı kombinezonda çölə çıxıb atəş açmağımı istəyəndə bunun bankın içində olacağını heç düşünmürdüm”. 
27 yaşlı pilotu həmyerlisi, "Moto GP" üzrə 6 qat dünya çempionu Mark Markez də müşaiyət edir. Cütlük bu serialda rol alan ilk idmançılar deyil. Belə ki, PSJ-nin və Braziliya millisinin futbolçusu Neymar serialın 3-cü mövsümündə qısa rollarla rahib obrazında çıxış etmişdi. 
 
Səbuhi Həsənov