Xəbər lenti

Neymarın bank hesabından 37 min avro oğurlandı
İdman11:52 10.02.2022

Neymarın bank hesabından 37 min avro oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin braziliyalı ulduzu Neymar Braziliyada yerləşən cinayətkar qrup tərəfindən aldadılıb.
Qaynarinfo xəbər verir ki, ulduz futbolçunun bank hesabından özünə pul köçürən 20 yaşlı gənc həbs edilib. Bank isə Neymara oğurlanan pulu qaytarıb.
Braziliyanın San-Paulu ştatının polisi PSJ-nin futbolçusu Neymar da daxil olmaqla bir çox məşhur şəxsin bank hesablarından pul oğurlamaqda ittiham olunan 20 yaşlı Lukas Almeyda Ferreyra dos Santosu həbs edib.
Sao-Paulu İctimai Təhlükəsizlik Katibliyinin məlumatına görə, kimliyi açıqlanmayan bir şirkətdə icraçı köməkçisi işləyən həmin şəxsin qanunsuz və saxta əməliyyatlar aparan cinayətkar təşkilatın üzvü olduğu müəyyən edilib. Braziliyada getdikcə populyarlaşan PIX kimi tanınan onlayn bankçılıq sisteminə sızan oğru müəyyən banklara qarşı fırıldaqları araşdıran Rayon Cinayət Axtarış Departamentinin xüsusi agentləri tərəfindən aşkar edilib.
Araşdırmada Neymar da daxil olmaqla bir sıra məşhur şəxslərin də hesablarını sındırdığı üzə çıxan 20 yaşlı yeniyetmə Sao-Paulonun bölgələrindən biri olan Zona Leste məhəlləsində yaxalanıb. Səlahiyyətlilər fırıldaqçılıq təşkilatına üzv olan digər şəxsləri də müəyyən etdiklərini açıqlayıb. Polisdən verilən bilgilərə görə sözügedən şəxs bankın kənar işçisi və bəzi bank əməliyyatlarını həyata keçirə biləcək parollara çıxışı olub. O, hesablarında külli miqdarda pul olan şəxslərdən xırda pul götürüb və insanlar buna fikir verməyib. Nəticədə kiberxuliqanın əvvəlcə 10 min, sonra 20 min, 50 min və 200 min real oğurladığı açıqlanıb. 
Digər bilgilərə görə pulun oğurlandığı hesab Neymarın atasına məxsus olub. Oğurluq halının baş verdiyini biləndən sonra banka zəng ediblər. Bank ödənişi həyata keçirəndən sonra oğurluğu kimin etdiyini öyrənmək üçün araşdırmalara başlanılıb. Neymarın hesabından 220 min Braziliya realının (təxminən 37 min avro) götürüldüyü müəyyən edilib.
Futbolçu isə hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Səbuhi Həsənov