
"Barselona"nın futbolçusu Neymarın Braziliya hökuməti ilə vergi qalmaqalı böyüyür.
Qaynar.info teleqraf.com-a istinadən bildirir ki, məhkəmə futbolçunun helikopteri ilə bağlı da həbs qərarı çıxarıb. Helikopter futbolçunun bir müddət əvvəl həbs qərarı tətbiq olunan əmlakının arasında olmayıb.
Onun qiyməti 3,8 milyon dollardır. Məhkəmə futbolçuya helikopterdən istifadə etməyə icazə verib. Amma Neymar onu sata bilməz. Neymarın və ailəsinin dondurulmuş aktivlərinin dəyəri 44 milyon avroya çatıb.
Futbolçu 2011-2013-cü illərdə vergidən yayınmaqda ittiham olunur. Braziliya hakimiyyəti Neymarın 14,5 milyon vergi ödəməli olduğunu bildirir.
Qaynar.info