Xəbər lenti

Nicat Dağlar Almaniyaya müalicәyә yollandı - FOTOLAR
Ölkə04:42 26.07.2013

Nicat Dağlar Almaniyaya müalicәyә yollandı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Teleqraf.az saytının baş redaktoru Nicat Dağlar Almaniyanın Frankfurt şәhәrinә müalicәyә yollanıb. O, Heydәr Әliyev beynәlxalq hava limanında APA TV-yə açıqlamasında böyük ümidlәrlә yola düşdüyünü deyib. "Hәlә Tiflisdә mәnә deyәndә ki, bu xәstәliyin müalicәsi yalnız Almaniyada mümkündür vә böyük xәrc tәlәb edir, ümidimi itirmişdim", - deyәn Nicat Dağlar Azәrbaycan prezidenti İlham Әliyevә müalicәsinә göstәrdiyi yardıma görә tәşәkkür edib.

Qeyd edək ki, prezident İlham Əliyev Nicat Dağların müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. N. Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada da mənzillə təmin olunub.

Qaynar.info