Xəbər lenti

“Nida”çının apellyasiya şikayəti təmin olunmadı
Ölkə10:53 04.04.2013

“Nida”çının apellyasiya şikayəti təmin olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Üzeyir Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

F.Mehdiyev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apellyasiya şikayəti Ü.Məmmədli barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan verilib. Şikayətdə həmin qərarın ləğv edilməsi və onun azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ü.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Ü.Məmmədli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qaynar.info