Niderland millisinin sabiq futbolçusu Quinsi Promes haqqında həbs qərarı çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, futbolçu Niderland məhkəməsi tərəfindən bıçaqlı hücumda təqsirli bilinərək, qiyabi 18 aylıq həbs cəzasına məhkum edilib.
31 yaşlı gənc 2020-ci ildə əmisi oğlunu dizindən bıçaqlamaqla adam öldürməyə cəhddə ittiham olunur. Promes ittihamları rədd etsə də, Niderland prokurorları onun həbsi üçün üçün kifayət qədər dəlil olduğunu bildirir.
Millinin hücumçusu "Spartak"da oynadığı üçün hazırda Rusiyada yaşayır. İki şahidin ifadəsi və telefonundakı danışıqların aşkarlanmasından sonra ona həbs qətimkan tədbiri seçilib.
Əvvəllər "Ayaks” və "Sevilya”da çıxış etmiş Promes, üstəlik qurbanına 7 min avro təzminat ödəməyə də məcburdur.
Bildirilib ki, Promes dəvət edildiyi zaman məhkəmə iclasından yayınmasaydı və peşmanlıq hissi keçirsəydi, onun cəzası yüngül, təxminən 6 ay daha az olardı. Promes məhkumluqdan apellyasiya şikayəti verə bilər, eyni zamanda o, narkotik alverində iştirakda ittiham olunduğu üçün daha sonra məhkəmə qarşısına çıxmalıdır.
Səbuhi Həsənov