Xəbər lenti

Nigeriya milllisinin baş məşqçisi istefa verdi
İdman11:54 31.03.2022

Nigeriya milllisinin baş məşqçisi istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigeriya millisinin baş məşqçisi Austin Equavoen istefa verib.
Qaynarinfonun məlumatına görə buna səbəb onun komandasının Qətər-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi olub. "Super Qartallar"ın çalışdırıcısı əvvəlki iş yerinə, milli komandaların Texniki Direkoru vəzifəsinə qayıdacaq.
Afrika mətbuatının məlumatına görə Equavoen bununla bağlı Nigeriya Futbol Federasiyasına (NFF) rəsmi məktub göndərib.
DÇ-2022-yə vəsiqə qazana bilməməsindən sonra NFF-nin onu işdən çıxarmaq niyyətində olduğu bildirilirdi. Lakin çətin vəziyyətdə qalan məşqçi Qana ilə dünya çempionatının pley-off mərhələsinin ilk oyununa az qalmış ona iki dəfə təklif olunmuş yeni müqaviləni hələ imzalamayıb.
 
Səbuhi Həsənov