Xəbər lenti

Nigeriyalı menecer Azərbaycanda komanda yaradır - FOTOLAR
İdman12:14 23.05.2016

Nigeriyalı menecer Azərbaycanda komanda yaradır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda daha bir komanda yaradılır. Bu komandanı isə "Şahdağ", "Neftçi", "Muğan", MOİK və "Şuşa" kimi klublarda oynamış, hazırda Azərbaycan vətəndaşı olan nigeriyalı Erik Obidike qurur.

Qaynarinfo.az xəbər verir ki, bu barədə saytımıza Obidikenin özü məlumat verib.

O bildirib ki, məxsus olduğu "Muvinq Stars" (mənası ingiliscədən "Hərəkət edən ulduzlar" deməkdir - red.) menecer şirkəti yeni yaradılacaq komandanın adı olacaq. 

Bu komanda növbəti mövsümdən həvəskarlar liqasında mübarizə aparacaq. Komandanın heyətində Avropa, Asiya və Afrikadan legionerlər də olacaq. Lakin əsas üzvlərin 60 faizini azərbaycanlılar təşkil edəcək. Klubun sponsoru isə Çin şirkəti olacaq.

Qaynarinfo.az