"Mənim istədiyim 2-3 qrupdan biri bu idi. Amma bu qrupu daha çox istəyirdim. Çünki Azərbaycan var orda".
Qaynarinfo xəbər verir ki, bunu "AVRO-2020"nin püşkatma mərasimindən sonra açıqlamasında Türkiyənin Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib. O, Bakıda öz evlərində kimi oynayacaqlarını bildirib.
"Azərbaycan bizim qardaş ölkəmizdir. O tribunaların demək olar ki, tamamı türk qardaşlarımızla dolacaq. Komandamızın orda yaxşı iş çıxaracağına inanıram".
Qeyd edək ki, "Avro-2020"nin A qrupunun 3, dörddə bir final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Camal