Xəbər lenti

Nikolas Kanales rəsmən "Neftçi"də
İdman13:15 14.08.2014

Nikolas Kanales rəsmən "Neftçi"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" Nikolas Kanaleslə müqavilə bağlayıb. Qaynar.info xəbər vperir ki, çilili hücumçu 1+1 illik müqaviləyə imza atıb. 29 yaşlı futbolçu 2012/13 mövsümündə olduğu kimi, yenə də 11 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Kanales 2012/13 mövsümündə "Neftçi"nin heyətində 48 oyun keçirib və 30 qol vurub. O, 26 qolla Premyer Liqanın bombardiri olub. Azərbaycan ayrıldıqdan sonra Çilinin "Kolo-Kolo" klubuna keçən forvard son olaraq icarə əsasında "Santyaqo Vanderers"in formasını geyinib.

Qaynar.info