Xəbər lenti

Nişanlı cütlüyün ürəkparçalayan dəfnindən FOTOLAR
Ölkə10:38 08.11.2014

Nişanlı cütlüyün ürəkparçalayan dəfnindən FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəm qazından faciəli şəkildə ölən nişanlı cütlük bir yerdə dəfn olunub. 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov noyabrın 7-də Binəqədidə yerləşən qəbiristanlıqda yan-yana torpağa tapşırılıblar.

Azadxeber.net yazıb ki, dəfndə nişanlı cütlüyün yaxınları iştirak ediblər. Yas mərasimi zamanı diqqət çəkən məqamlardan biri isə dəfndən sonra qəbirlərin üzərinə xonçaların qoyulması olub.

Qeyd edək ki, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb. Gənclər evdə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info