Xəbər lenti

Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib (VİDEO)
Ekonomiks 18:24 07.08.2024

Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib (VİDEO)

 İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən "Zil” restoranına  01.08.2024-cü il tarixində baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır. 

05.08.2024-cü il tarixində restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər. 

M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən "Su sexi”nə 24.07.2024-cü il tarixində baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. 05.08.2024-cü il tarixində təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.

C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən "Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən "Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı "Yuyucu” müəssisələrində 01.08.2024-cü il tarixində aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.

Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->