Xəbər lenti

Nokaut sonrası xəstəxanaya yerləşdirilən boksçu vəfat etdi
İdman 10:17 04.01.2025

Nokaut sonrası xəstəxanaya yerləşdirilən boksçu vəfat etdi

Döyüşdə aldığı nokautdan sonra xəstəxanaya yerləşdirilən boksçu Həsən Mqay vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.

29 yaşlı tanzaniyalı dəri əlcək ustası dekbarın 27-də həmyerlisi Paul Elias ilə döyüş zamanı 5-ci raundda çoxlu yumruq zərbələri alıb. Nəticədə yerə yıxılan idmançının dili qatlanıb.

Həkimlər onun vəziyyətinin normallaşdığını bildirsələr də, H.Mqay dekabrın 30-da dünyasını dəyişib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->