Xəbər lenti

"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək
Texnologiya06:00 21.08.2018

"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin sabiq müavini Rəşid İsmayılov "Nokia" korporasiyasının Rusiyadakı nümayəndəliyinin baş direktoru olacaq.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, R.İsmayılov bundan əvvəl korporasiyanın Şərqi Avropadakı xidmət bölməsinə rəhbərlik edib.
Bununla yanaşı, o, 2019-cu ilin mayınadək Beynəlxalq Elektrik Rabitəsi İttifaqının Şura sədri vəzifəsində çalışmağa davam edəcək.
Qeyd edək ki, R.İsmayılov 1998-ci ildən "Ericsson", "Nokia", "Huawei Technologies" kimi iri İT şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildən 2018-ci ilin iyulunadək isə Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyində işləyib.