Xəbər lenti

Norveçlilər baş katibi CV yolu ilə axtarırlar
İdman14:20 07.09.2016

Norveçlilər baş katibi CV yolu ilə axtarırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Norveç Futbol Federasiyası baş katib axtarışına çıxıb. 

Qaynarinfo.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda vakant olan post üçün CV qəbulu elan olunub.

Federasiya namizədlərə bir sıra tələblər də qoyub. Bunlara operativ və strateji qərarlar vermək, ölkə futbolunun imicini qaldırmaq, qurumun maraqlarını ölkə daxili və xaricində təmin etmək, federasiyanın sponsor və digər əməkdaşlardan gəlirini artırmaq və s. daxildir.

Baş katib vəzifəsində işləmək istəyənlər öz ərizə və anketlərini federasiyaya göndərməlidir. Federasiya rəhbərliyi seçimlərdən sonra öz qərarını açıqlayacaq.

Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının C qrupundakı rəqiblərindəndir. 

Qaynarinfo.Az