Xəbər lenti

Novruz Məmmədov "Qarabağ"ın oyunu haqda: "Hakim penaltiyə göz yumdu"
Ölkə09:06 19.10.2017

Novruz Məmmədov "Qarabağ"ın oyunu haqda: "Hakim penaltiyə göz yumdu"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Siyasətdə baş verənlər idmanda da təkrar olunur.

"Qaynarinfo"nun modern.az-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov şəxsi “Twitter”səhifəsində yazıb.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur", - deyə o, qeyd edib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Dieqo Qodin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.

Qaynarinf.Az