Xəbər lenti

Novruz yarmarkaları üçün çadırlar haradan gətirilib? - FOTOLAR
Ekonomiks06:44 15.03.2014

Novruz yarmarkaları üçün çadırlar haradan gətirilib? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən etibarən mart ayının 20-nə kimi Bakının Binəqədi, Xətai, Yasamal və Nərimanov rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası təşkil ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin işçisi, yarmarkanın qrup rəhbəri  Savalan Seyfəddinov “Axar.az”a yarmarkalarda kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçiriləcəyini bildirib.

Yerli icra orqanları və Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka digər nazirliklərin də dəstəyi ilə həyata keçirilir. Yarmarkada kənd təsərrüfatı mallarından başqa çay, şirniyyat kimi məhsullar istehsal edən şirkətlərin məhsulları da satışa çıxarılıb.  

Qeyd edək ki, bu il Bakının 7 ərazisində açılması nəzərdə tutulan yarmarkalardan artıq 5-i fəaliyyətə başlayıb. Hər bir şəraiti olan yarmarka çadırları Almaniyadan gətirilib.        

Qaynar.info