Xəbər lenti

Noyabrda ardıcıl 5 gün iş olmayacaq
Ekonomiks08:06 20.10.2023

Noyabrda ardıcıl 5 gün iş olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.