Xəbər lenti

Noyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı
Ölkə16:19 31.12.2020

Noyabrda ölkəyə gətirilən avtomobillərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 5014 ədəd, dəyəri isə 64 milyon 800 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 67-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4425-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 498-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 24-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.