Xəbər lenti

Nöqsana görə işdən çıxarılmış polis mayoruna yeni vəzifə verildi
Ölkə09:50 02.05.2015

Nöqsana görə işdən çıxarılmış polis mayoruna yeni vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda işdən çıxarılaraq sərəncama göndərilən polis zabitlərindən biri yenidən daxili işlər orqanlarına qaytarılıb. "Report"un məlumatına görə, Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü Polis Bölməsinin (PB) keçmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev yeni vəzifəyə təyin olunub.
Müvafiq əmrə əsasən, M.Rzayev Səbayel RPİ-nin 9-cu bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Nizami RPİ 24-cü Polis Bölməsinin iki əməkdaşı işdən çıxarılıb. PB-nin keşmiş baş təhqiqatçısı, polis mayoru Mehbalı Rzayev və təhqiqatçı, polis kapitanı Cəmil Əkbərov işlərində yol verdikləri nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə sərəncama göndərilmişdi.
Qaynar.info