Xəbər lenti

Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalandı (FOTO/VİDEO)
Ekonomiks06:00 10.02.2022

Nur Çörək Zavodu və Bakı Qida Sənayesi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalandı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədə qida sektoru üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, bu sahədə kadr çatışmazlığının aradan qaldırılmasına dəstək məqsədilə tərəflər əməkdaşlıq edəcək.
Əməkdaşlıq çərçivəsində kollecin tələbələri öz nəzəri biliklərini 14 ildir süfrələrimizi dadlı və keyfiyyətli çörəkləri ilə bəzəyən Nur Çörək Zavodunda praktiki tətbiq edə biləcəklər. Çörək və un məmulatlarının təbii hazırlanmasını əyani şəkildə öyrənəcəklər.
Praktik bilikləri və təcrübə prosesini uğurla başa vuran tələbələr peşəkar kadr kimi işə hazır olacaqlar. 
Görüşdə Moskvada və Kiyevdə qida təhsili almış mütəxəssislərimiz Opara texnologiyasının mahiyyətini tələbələrə əyani şəkildə izah etdilər, öz təcrübələrini bölüşdülər.
Belə ki, tələbələr əsas xammal olan unun çeşidlənməsi və labaratoriya analizinin necə aparılması, çörəyin hazırlanmasında istifadə olunan inqridiyentlərin keyfiyyəti ilə tanış oldular, çörəyin hazırlanması və daşınması prosesini izlədilər. 
Kollecin nümayəndəsi qeyd etdi ki, Nur Çörək Zavodu özü-özlüyündə bir məktəbdir. Burada bütün istehsal prossesləri şəffaf şəkildə ictimaiyyətə açıqdır. Zavod bu sahədə çalışmaq istəyən gənclərə həm örnək, həm dəstəkdir. 
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=5136" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">