Xəbər lenti

Nurçuların əsas kitabı Azərbaycanda qadağan olunub
Ölkə11:21 21.04.2014

Nurçuların əsas kitabı Azərbaycanda qadağan olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Risaleyi Nur” ölkəyə gətirilə bilməz.

“Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur”un Azərbaycanda nə vaxtdan qadağan olunduğu bəlli olub.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, “nurçu”ların əsas proqramı hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.

Qaynar.info