Xəbər lenti

Növbəti 1/8 finalçılar məlum oldu - DÇ-2014
İdman04:44 26.06.2014

Növbəti 1/8 finalçılar məlum oldu - DÇ-2014

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Braziliyada keçirilən dünya çempionatında E və G qruplarında da son turun görüşləri start götürüb. Qaynar.info apasport.az-a istinadən bildirir ki, əvvəlcə günə E qrupu ilə start verilib.

Honduras – İsveçrə oyununda birincilərdən fərqli olaraq, avropalıların 1/8 final şansları daha yüksək dəyərləndirilirdi. Proqnoz özünü doğruldub və İsveçrə 3:0 hesabı ilə qələbə qazanaraq 1/8 finala yüksəlib. Hər üç qolu Şaqiri vurub.

Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl əldə edən Fransa isə Ekvadorla görüşdə ən azı heç-heçə etməklə də qrupu I yerdə tamamlaya bilərdi. Fransa bu tapşırığın öhdəsindən gəlib. Meydana nisbətən zəif heyətlə çıxan fransızlar heç-heçəyə oynamasalar da, ciddi risk də etməyiblər. Oyun 0:0 hesabı ilə başa çatıb.

G qrupunda 2 almaniyalı baş məşqçinin çalışdığı komanda üz-üzə gələcək. Millimizin çalışdırıcısı Berti Foqtsun müşaviri olduğu Yürgen Klinsmannın işlədiyi ABŞ yığması gözəl oyununu Yoahim Lövün Almaniyası üzərində də göstərməyə çalışacaq. Qələbə qazanan tərəf 1/8 finala I kimi yollanacaq. Almanlara bərabərlik də sərf edir. Tərəflər heç-heçə edərsə, qrupun digər matçının nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə vəsiqə qazanacaqlar. Bu, komandaların 10-cu qarşıdurması olacaq. Heç-heçənin qeydə alınmadığı duellərin 3-də ABŞ, 6-da isə Almaniya qələbə qazanıb. Avropa təmsilçisi top fərqində öndədir: 21-15.

Portuqaliya ilə Qana isə nəzəri şansları üçün mübarizə aparacaq. Daha çox top fərqi ilə qalib gələn tərəf 1/8 finala çıxa bilər. Ancaq bunun üçün ABŞ – Almaniya görüşündə də məğlub tərəf olmalıdır. Bu qarşılaşma tarixə Portuqaliya ilə Qananın ilk matçı kimi düşəcək.

26 iyun
E qrupu
Honduras - İsveçrə - 0:3
Qollar: Şaqiri, 6; 31; 71

Hakim: Nestor Pitana (Argentina)
Manaus. “Arena Amazoniya”

Honduras: Valladares, Fiqueroa, Bernandes, Qarsia, Palasios, Benigts, Kostli, Boniek, Espinoza, Klaros, Beskeles

İsveçrə: Benaglio, Lictestner, İnler, Xnaka, Behrami, Rodriqes, Mehmedi, Drmiç, Djouri, Schar, Şakiri


Ekvador – Fransa - 0:0

Hakim: Numandyez Due (Kot-dİvuar)
Rio-de-Janeyro. “Marakana” stadionu

Ekvador: Domminqes, Guagua, Erazo, Paredes, Noboa, Montero, Ayovi, E.Valensiya, Minda, Arroyo, A.Valensiya

Fransa: Lloris, Şako, Benzema, Griezmann, Matuidi, Saqna, Digne, Sissoko, Poqba, Koşelni, Şneyderlin 

Fransa

3

2

1

0

8-2

7

İsveçrə

3

2

0

1

7-6

6

Ekvador

3

1

1

1

3-3

4

Honduras

3

0

0

3

1-8

0


G qrupu
21:00 ABŞ – Almaniya
Hakim: Rövşən İrmatov (Özbəkistan)
Resife. “Arena Pernambuko”

21:00 Portuqaliya - Qana
Hakim: Navaf Şukralla
Braziliya. “Nasional” stadionu

 

Almaniya

2

1

1

0

6-2

4

ABŞ

2

1

1

0

4-3

4

Qana

2

0

1

1

3-4

1

Portuqaliya

2

0

1

1

2-6

1

Qaynar.info