
“Bizdə cəzanın konkret müddəti göstərilmir. Nizam-İntizam Məcəlləsində qeyd olunur ki, hakim AFFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılır. Ancaq yəqin ki, o, uzun müddətə hakimlikdən uzaqlaşdırılacaq”.
Bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
U-17 liqasının ilk turu çərçivəsində baş tutmuş “İnter” - “Qəbələ” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin görüşdə baş hakim olan Elməddin İsgəndərovun ilk hissənin sonlarında “bankirlər”in qapısına qərəzli penalti təyin etməsi aləmi bir-birinə qatıb. İsgəndərovun gülməli penalti qərarı hakimlik karyerasının üzərindən xətt çəkilməsinə səbəb ola bilər.