Xəbər lenti

Foto 11:41 08.05.2023

“OBA” “Bakı Marafonu-2023”də… (FOTOLAR)

Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında altıncı dəfə  "Bakı Marafonu” keçirilib. 

Qaynarinfo xəbər verir ki, marafonda iştirakçılara dəstək olanlar arasında yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi də yer alıb. 

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Bakı Marafonu 2023”də iştirak üçün 19 500 nəfər qeydiyyatdan keçib. Dövlət Bayrağı Meydanından start götürən marafonda "OBA” marketlər şəbəkəsinin stendi yer alıb və əməkdaşlar yarış içtirakçılarına müxtəlif çeşiddən olan sərinləşdirici içkilər paylayıblar. 

"OBA”nın bu təşəbbüsü içtirakçılar tərəfindən müsbət qarşılanıb. 

Qeyd dək ki, "Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->