"OBA"dan "Güvən" İB-nin yardım çağırışına müsbət cavab (FOTO/VİDEO)
Qurban bayramı ərəfəsində "Güvən” İctimai Birliyi aztəminatlı və əlilliyi olan ailələri təbrik etmək məqsədilə ərzaq qutularının hazırlanmasına dəstək olmaq üçün çağırış edib. "OBA” marketlər şəbəkəsi bu çağrışa müsbət cavab verərək yardımlaşmağı özündə ehtiva edən Qurban bayramında "Güvən” İctimai Birliyi ilə birgə Cəlilabad rayonunda xeyriyyə layihəsi həyata keçirərək uşaqlara və ailələrə bayram sevinci bəxş edib.
Layihə çərçivəsində ailələr və uşaqlarla yaddaqalan gün keçirilib. Ziyarət zamanı onlara müxtəlif oyuncaqlar, ailələrinə bayram sovqatları və müxtəlif hədiyyələr təqdim olunub.
Layihənin əsas məqsədi təkcə uşaqlara bayram sevincini yaşatmaq deyil, həm də onların həyatında unudulmaz, mənalı və xoş xatirələr yaratmaqdır. Həmçinin balacaların və valideynlərinin üzündə təbəssüm yaratmaq, onların Qurban bayramını sevinc dolu bir bayram kimi keçirmələrinə dəstək olmaqdır.
Xatırladaq ki, "OBA” marketlər şəbəkəsi həyata keçirdiyi bütün layihələrdə müştərilərinin məmnuniyyətini, onların sevincini əsas prinsip olaraq prioritet seçib. 1600-dən çox filialı ilə müştərilərinə xidmət göstərən marketlər şəbəkəsi hər bayram sosial məsuliyyət layihələri vasitəsilə sevinc və xoşbəxtliyi paylaşmağı ilə tanınır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər