Xəbər lenti

Foto 15:21 12.03.2024

“OBA” market qlobal brend tərəfindən birinciliklə təltif edildi (FOTO)

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi "Kimberly Clark” fabriki tərəfindən MDB ölkələrində fəaliyyət göstərən 30 marketlər şəbəkəsi arasında 2023-cü il üzrə ən yaxşı artım göstəricisinə görə birinciliklə təltif olundu.

"Kimberly Clark”ın Qafqaz regionu üzrə nümayəndəliyi və Azərbaycan satış ofisi ilə baş tutmuş görüş zamanı biricilik mükafatı "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edildi.

Belə ki, sözügedən fabrikin istehsalı olan "Kotex” şəxsi gigiyena məhsulları və "Huggies” uşaq bezləri "OBA” marketlər şəbəkəsinin bütün filiallarında uyğun qiymətlə təklif edilir.

Qeyd edək ki, yeddi yüzdən çox beynəlxalq markanın məhsullarını mütəmadi olaraq endirimli qiymətlərlə xalqa çatdıran "OBA” marketlər şəbəkəsi artıq 8 ildir ki, yaxın və qənaətli qonşu market olmaqdan qürur duyur.
   

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->