"OBA” market kənarlaşma qeydə alınmış məhsulla bağlı müştəri şikayətinə açıqlama gətirib. Şirkətdən bildirilib ki, 08.03.2024 tarixində "OBA” marketdən alınan "Lois” əmtəə nişanlı nuqa-biskvit məhsulunda kənarlaşma ilə bağlı şikayət daxil olan andan etibarən bütün filiallarda məhsula keyfiyyət nəzarəti əməkdaşları tərəfindən birbaşa baxış keçirilib, hər bir partiyadan ekspertiza üçün nümunələr götürülüb. Müştərinin yanında aldığı məhsullar açılaraq baxış keçirilib və hər hansı bir kənarlaşma müşahidə edilməyib.
Qeyd olunan məhsul Rusiyanın "Nevski konditer Belinskiy” fabrikində beynəlxalq qida standartlarına uyğun olaraq istehsal edilir. Məhsulun idxalı zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal sağlamlıq aktı alınıb. İstehsal tarixi 16.01.2024 olan adı çəkilən məhsulun son istifadə tarixi 16.01.2025-dir.
Ehtimal olunur ki, etiket məlumatlarına əsasən məhsulun tərkibində cüzi miqdarda çərəz olduğuna görə, istehsal zamanı kənarlaşmaya zəmin yaranıb.
Müştəri bu barədə məlumatlandırıb, aldığı məhsul geri götürülüb və ödədiyi məbləğ geri qaytarılıb.
Qeyd edək ki, "OBA” marketlər şəbəkəsi yerli və beynəlxalq brendlərin keyfiyyətli gündəlik tələbat məhsulların uyğun qiymətə alıcılarına təqdim edilir.
Şərhlər