“OBA Plus Biznes” kartı ilə Ramazanda ianə və sosial dəstək daha asan oldu (VİDEO)
"OBA” marketlər şəbəkəsi Müqəddəs Ramazan ayı münasibətilə şirkətlər üçün sosial dəstək təşəbbüslərini daha rahat və effektiv şəkildə həyata keçirməyə imkan verən OBA Plus Biznes kartını təqdim edir.
Qaynarinfo xəbər verir ki, bu həll vasitəsilə şirkətlər ianə etmək istədikləri ailələrə bazarlıq dəstəyini sürətli və rahat şəkildə göndərə, ayrılan vəsaitin məhz təyinatı üzrə istifadə olunmasını təmin edə bilirlər.
OBA Plus Biznes kartı həm mobil tətbiq, həm də fiziki kart formatında istifadə oluna bilir. Balansın saniyələr ərzində yüklənməsi, mobil tətbiq üzərindən rahat idarəetmə və yalnız mobil nömrə vasitəsilə köçürmə funksiyası istifadəçilərə prosesin operativ və çevik şəkildə həyata keçirilməsinə imkan yaradır. Fiziki kartla mobil tətbiqin sinxron işləməsi isə istifadəçilər üçün əlavə rahatlıq təmin edir.
Sistem həm də ayrılan vəsaitin məqsədli və nəzarətli şəkildə xərclənməsini mümkün edir. Şirkətlər platforma üzərindən alkoqol və siqaret alışına məhdudiyyət tətbiq edə, həmçinin məhsul kateqoriyaları üzrə limitlər müəyyənləşdirə bilirlər. Bu isə ianə və sosial dəstək məqsədilə ayrılan vəsaitin gündəlik ərzaq və zəruri ehtiyaclar üçün istifadə olunmasına zəmanət yaradır.
Xüsusilə Ramazan ayında ehtiyacı olan ailələrə dəstək göstərmək istəyən şirkətlər üçün OBA Plus Biznes kartı praktik və effektiv bir mexanizm təqdim edir. Bu həll sayəsində təşkilatlar həm sosial məsuliyyət təşəbbüslərini daha səmərəli həyata keçirə, həm də yardımın birbaşa və real şəkildə ünvanına çatdırılmasını təmin edə bilirlər.
Beləliklə, OBA Plus Biznes kartı şirkətlər üçün yalnız korporativ xərclərin idarə olunması deyil, həm də Ramazan ayı kimi xüsusi dövrlərdə sosial dəstək təşəbbüslərinin həyata keçirilməsi üçün çevik, şəffaf və etibarlı bir platforma rolunu oynayır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər