Xəbər lenti

Foto 17:26 24.01.2024

“OBA” sahibsiz küçə heyvanlarına qayğı göstərməyə davam edir! (FOTO)

"OBA” sahibsiz küçə heyvanlarına qayğı göstərməyə davam edir.

Qaynarinfo xəbər verir ki, "OBA” marketlər şəbəkəsində 2023-cü ilin payız-qış aylarından etibarən havaların soyuması səbəbilə filiallarının qarşısına sahibsiz pişiklər üçün yuvaların yerləşdirilməsinə başlanılıb.  

Belə ki, korporativ sosial məsuliyyət çərçivəsində təşkil olunan "Yaşılı sev, çevrəni qoru” adlı layihənin davamı olaraq "OBA” marketlər şəbəkəsinin növbəti filiallarında yuvalar yerləşdirilib.

Marketlər şəbəkəsindən verilən məlumata görə sözügedən layihə yaxın qonşular tərəfindən maraq və təqdirlə qarşılanıb.

Qeyd edək ki, layihənin davamlı olması - "OBA” marketlər şəbəkəsinin 24/7 iş rejimi ilə çalışan bütün filiallarına sahibsiz heyvanlar üçün yuvaların yerləşdirilməsi və mütəmaidən yemlə təmin olunması nəzərdə tutulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->