Xəbər lenti

Çobanlar arasında kütləvi dava: 4 nəfər ağır xəsarət aldı (VİDEO)
Ölkə19:20 11.11.2017

Çobanlar arasında kütləvi dava: 4 nəfər ağır xəsarət aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafada çobanlar arasında kütləvi dava düşüb. "Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə otlaq sahəsi üstündə baş verib. 
Dava zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə Ağstafada, rayonun Ceyrançöl ərazisində baş verib. Çobanlar bildiriblər ki, insident otlaq sahəsi üstündə baş verib.
İddiaya görə, Ceyrançöldə çoban olan 3 qardaş Pərviz, Yolçu və Nemət Süleymanovları maşınla otlaq sahəsinə gələrək digər fermanın çobanlarına qəfil hücum ediblər. Dava zamanı Daşkəsən sakinləri Asif və Asim Paşayev qardaşları, Mahir Məmmədov, həmçinin Qazaxın Daş Salahlı kənd sakini Pərviz Süleymanov müxtəlif bədən xəsarətləri alıblar.
Çobanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Digər çobanlar isə Ağstafa polisi tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az