Xəbər lenti

Odessada azərbaycanlıların olduğu maşın karvanı atəşə tutuldu: 3 qohum öldü (YENİLƏNİB)
Ölkə08:46 27.02.2022

Odessada azərbaycanlıların olduğu maşın karvanı atəşə tutuldu: 3 qohum öldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
"Report”un məlumatına görə, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.
Hər üç şəxs yaxın qohumdurlar.
Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.
10.51
Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.
Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.