Xəbər lenti

Ödənilən borclar sistemdə niyə görünmür? (AÇIQLAMA)
Ekonomiks08:51 03.10.2023

Ödənilən borclar sistemdə niyə görünmür? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kredit borcu bağlandığı təqdirdə sistemdə borclu görünənlər İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib. 
Onun sözlərinə görə, istər ticarət subyekləri qarşında olan borc, istərsə də banka olan kredit bağlanıbsa, vətəndaşa onu təsdiq edən sənəd verilir: 
"Bu sənəd əlinizdədirsə, amma sistemdə borclu olduğunuz görünürsə, o zaman aidiyyatı qurumlara müraciət etmək lazımdır. Əgər, söhbət bank və təşkilatlardan gedirsə, Mərkəzi Banka müraciət etmək lazımdır. Yox əgər, iri ticarət subyektləridirsə, o zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və  İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək lazımdır. Əksər hallarda bu yolla məsələ həll olunur”. 
Əkrəm Həsənov deyib ki, belə halla qarşılaşdığınız zaman problem həllini tapmasa, o zaman məhkəməyə üz tutmaq lazımdır. 
Bahar Rüstəmli