Xəbər lenti

Ödənişli yollar tıxaclara son qoyacaqmı? - Ekspert
Ekonomiks 11:57 26.09.2025

Ödənişli yollar tıxaclara son qoyacaqmı? - Ekspert

Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanına görə, Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Fərmana əsasən, nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə haqq ödəniləcək. Bu haqq "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq. Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada söhbət ödənişli zonaların yaradılmasından gedir:

"Qərar əsasən, bu, şəhərin mərkəzi hissəsində həyata keçiriləcək. Bu da tıxacın sıxlığının aradan qaldırılması məqsədi daşıyacaq. Bu qərarın məqsəd və məramı var. Məsələn, Yasamaldan sürücü Əhmədli istiqamətinə getmək üçün mərkəzdən keçir. Baxacaq ki, həmin əraziyə giriş ödənişlidir, alternativ yoldan gedəcək. Yaxud da sürücü şəhər mərkəzinə getməlidir, amma onun həmin yerə getməsi elə də vacib deyil. Fikirləşəcək ki, yol ödənişlidir, getməyəcək. Müxtəlif və lazım olmayan səbəblərdən həmin yoldan istifadə edənlərin sayı azalacaq".
 


Yasin Mustafayevin fikirincə, ödənişli yollar üçün nəzərdə tutulan rəqəm elə də böyük olmayacaq:

"Düzdür, bu gün rəqəmi dəqiq demək mümkün deyil, amma böyük və ciddi rəqəm olmayacaq. Əsas sıxlığın aradan qaldırılmasına hesablanıb. Bunu biz bir neçə müddət əvvəl verilən parkinglə bağlı qərarla müqayisə edə bilərik. Artıq parklanma ödənişlidir. Parklamanı ödənişli etməkdə məqsəd o deyil ki, vətəndaşlardan pul yığılsın. Məqsəd odur ki, ora ödənişli olduğuna görə bir nəfər avtomobilini səhərdən axşam kimi eyni yerdə saxlaya bilmir. Halbuki əvvəllər bir nəfər avtomobilini axşama kimi saxlayırdı. Axşam da qeyri-leqal çalışanlara 50 qəpik verib gedirdi. İndi həmin yerdə maşın saxlayan da görür ki, saatı 70 qəpikdir. 7 saata 7 manata yaxın məbləğ edir. Sürücü bu pulu verməkdən çəkinir".

Yasin Mustafayev vurğulayıb ki, indi sürücüləri parkingdə avtomobillərini az saxlamağa çalışır:

"Bu zaman orada boş yer yaranır. Bu qərarda elə, məqəd pul yığmaq deyil, hərəkəti tənzimləməkdir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->