Dünya 18:10 12.05.2022

Ölən əsgər atası: “Paşinyan həbs edilsin, əlimizi qana bulamaq istəmirik” (VİDEO)

44 günlük savaşda ölən əsgərlərin valideynləri Nikol Paşinyanın təqsirli bilinməsini və həbsini tələb ediblər.

Bu gün başlanmış cinayət işi çərçivəsində 44 günlük müharibədə həlak olanların yaxınları Nikol Paşinyanı təqsirli şəxs kimin həbs olunmasını tələb ediblər. 

Qaynarinfo bu haqda erməni mətbuatına istinadla xəbər verir.

Vəkil Vahan Hovhannisyan jurnalistlərə bildirib ki, öğlən əsgərlərin valideynlərinin vəsatətləri təmin edilib və ER baş prokuroru baş nazir Nikol Paşinyanın dindirilməyə çağırılması barədə göstəriş verib.

Həlak olan əsgərlərdən birinin atası qeyd edib ki, dindirmə zamanı o, tələbini, yəni Paşinyanın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsini və dindirməyə çağırılmasını tələb edib.

Ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan da Paşinyanın dərhal dindirilməsini və həbs olunmasını tələb etdiyini bildirərək deyib:

"Müstəntiqə dedim ki, biz ədalətli istintaqın aparılmasını istəyirik və Paşinyanın həbsini tələb edirik, çünki biz qurbanların valideynləri əlimizi qana bulamaq istəmirik”.

Vəkil əlavə edib ki, valideynlərlə məsləhətləşəcəklər və günün ikinci yarısında Paşinyana qarşı hüquqi hərəkətlərə başlamaq üçün daha kəskin və aqressiv vəsatət verəcəklər.

Hazırda valideynlərin dindirilməsi davam edir.

Xatırladaq ki, 44 günlük müharibə zamanı həlak olan valideynlər bir neçə gündür ER baş prokurorluğu qarşısında etiraz aksiyası keçirirlər. Onlar baş nazir Nikol Paşinyanın 44 günlük müharibə cinayəti işinə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatəti öz imzaları ilə prokurora təhvil veriblər.

Aprelin 28-də prokurorluq valideynlərin nəzərinə çatdırıb ki, vəsatət cinayət işini aparan orqana göndərilib.

Cinayət işi noyabrın 21-də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə başlanıb. İddialara görə, həmin dövrdə Ermənistanın yüksək rütbəli məmurlarının törətdikləri Ermənistan silahlı qüvvələrin döyüş qabiliyyətinə və müharibənin nəticəsinə mənfi təsir göstərib.

Cinayət işinin ibtidai istintaqı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə verilib.

Müxalifətin etirazları çərçivəsində bu gün İrəvan metrosunda bir qrup gənc Nikol Paşinyanın potret stikerlərini yerə yapışdırıblar.

Bundan sonra gənclər "Nikolsuz Ermənistan” şüarları səsləndirərək hər kəsi bu gün saat 16:00-da Fransa Meydanına gəlməyə çağrışlar ediblər.
 
Telman