Xəbər lenti

Ölkə əhalisinin gəlirləri 83,1 milyard manat olub
Ekonomiks11:11 14.03.2025

Ölkə əhalisinin gəlirləri 83,1 milyard manat olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il əhalinin gəlirləri artaraq 83.1 milyard manat olub.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Yəni 2024-cü ilin ilkin məlumatlarına görə əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4% artıb. Beləliklə hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb.
2024-cü ilin ilkin məlumatlarına əsasən iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1% artaraq 1009,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub. 
Qafqaz Rafiqoğlu