Xəbər lenti

“Ölkədə qoca heyvanların əti satılır” - Ekspert
Ekonomiks07:21 21.02.2023

“Ölkədə qoca heyvanların əti satılır” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda ət kəsimi yerləri mərkəzləşdirilib".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. O bildirib ki, ət məhsulları ölkəyə bir məntəqədən paylanılır:
"Qiyməti də onlar müəyyən edir. Onlar baha aldığı heyvanın ətini baha qüymətə də təklif edəcək. Ən dəhşətlisi odur ki, bu gün ölkədə qoca  heyvanların əti satılır. İnək, camış və s. heyvanların əti satışdadır”. 
Ekspert bazarda satılan inək və camış ətinin qiymətində bahalaşma olmadığını vurğulayıb:
"Bunun adına məcburi kəsim deyirlər. Fermer saxladığı inəyi, camışı hər hansı bir səbəbdən kəsməyə məcbur olur və həmin ət bazarda ucuz qiymətə təklif edilir".
Bahar Rüstəmli