Xəbər lenti

Ölkəmizin ən vacib qanunlar kitabı -
Ölkə 12:25 28.07.2026

Ölkəmizin ən vacib qanunlar kitabı - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən sonuncu - onuncu məqaləni təqdim edirik: "Azərbaycan Respublikasının Konstitusiyası".

Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü olduğu üçün konstitusiya hazırlamağa imkan tapılmamışdı. İlk Sovet Azərbaycanı Konstitusiyası isə 1921-ci ildə qəbul edilmişdi. 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası isə Prezident Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmışdır. Bu konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. Konstitusiyamız 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

2002, 2009, 2016-cı illərdə ümumxalq səsverməsi ilə konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.

Konstitusiyanın giriş hissəsində:
* Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
* Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
* vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
* xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
* ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
* ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətləri bəyan edilmişdir. 
Konstitusiyanın Xalq hakimiyyəti, Xalqın suverenliyi, Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı, Dövlət dili maddələri və Əsas İnsan və vətəndaş hüquqları və azadlıqlarından adlanan III fəsli dəyişdirilə və ya ləğv oluna bilməz. 

Müəllif: Tural Cəfərov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->