Xəbər lenti

Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Ölkə11:26 04.01.2025

Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında (MR) və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.