Xəbər lenti

Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edildi
Ekonomiks 20:33 23.02.2026

Ötən ay Azərbaycanda 1 mlrd. ədəddən çox siqaret istehsal edildi

2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.

Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon təşkil edib.

Bundan əlavə, dövr ərzində 49,9 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.Qeyd edək ki, ötən il ölkəyə, ümumilikdə, 5 milyon 642 min ABŞ dollar dəyərində 225 milyon ədəd siqaret idxal edilib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.
--> -->