Xəbər lenti

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 153 nəfər saxlanıldı
Ölkə11:05 25.04.2026

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 153 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Qaynarinfo-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.