Tədqiqat şirkəti "Finbold"un hesablamalarına görə, 2024-cü ildə "Bitcoin" qiymətinin rekord artımı fonunda bu kriptovalyutanın sahiblərinin sərvəti də əhəmiyyətli dərəcədə yüksəlib.
Qaynarinfo xəbər verir ki, şirkətin analitikləri il ərzində gündə orta hesabla 154 yeni "Bitcoin" ünvanının yaradıldığını və bu ünvanların hər birində kriptovalyutanın dəyərinin 1 milyon ABŞ dolları və ya daha artıq olduğunu müəyyən edib. Ümumilikdə, 2024-cü ilin sonunda 1 milyon ABŞ dolları və daha artıq dəyərində kriptovalyuta olan "Bitcoin" ünvanlarının sayı 56 325-ə çatıb.
"Finbold" bildirir ki, dünyada ən çox rast gəlinən "Bitcoin" ünvanları, içərisindəki kriptovalyutanın ümumi dəyəri 100 dollardan az olan ünvanlardır – belə ünvanların sayı 47,6 milyondur. İkinci yerdə, 100 dollardan 100 023 dollara qədər dəyərdə "Bitcoin" saxlayan ünvanlar yer alır və bu ünvanların sayı 2 milyondur. Kriptovalyutası 1 000 dollardan 10 000 dollara qədər olan ünvanlar 11,5 milyon, 10 000 dollardan 100 000 dollara qədər olanlar 4,2 milyon, 100 000 dollardan 1 milyon dollara qədər olanlar isə 813 min təşkil edir. 1 milyon dollardan 10 milyon dollara qədər olan ünvanların sayı 138 min, 10 milyon dollardan artıq olan ünvanlar isə 14 mindir.
"Bitcoin" qiymətinin 2023-cü ilin sonunda artmağa başladığını və növbəti 12 ay ərzində 153% artış nümayiş etdirdiyini nəzərə alsaq, investorların aşağı start nöqtəsindən başlayaraq qiymət artımına kifayət qədər tez reaksiya verdiklərini deyə bilərik," deyə "Finbold"un tədqiqat müəlliflərindən biri olan Andrea Stoyanoviç bildirib.
Aydın
Şərhlər